Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində və ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin ilə üçtərəfli görüşdə iştirak etmək üçün Çinin Şençjen şəhərinə gedib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya lideri 18 və 19 noyabr tarixlərində Şençjen şəhərində olacaq.
O, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) İqtisadi Liderlər Zirvəsində iştirak edəcək. Putin həmçinin, sammitin Biznes Forumunda və plenar iclasında çıxış edəcək.
Digər tərəfdən, Putin Çin Prezidenti Si Cinpinlə ikitərəfli danışıqlar aparacaq. Liderlər görüşdə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edəcəklər. Daha sonra beynəlxalq siyasi məsələlərin işgüzar səhər yeməyində ətraflı müzakirəsi keçiriləcək.
Nəhayət, bu günlərin əsas hadisəsi Putin, Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında ilk üçtərəfli görüş olacaq.
Bu tədbirlərlə yanaşı, Putinin bir neçə ikitərəfli görüşü də planlaşdırılır. Onun Trampla ikitərəfli görüşü də isitsna olunmur. Ancaq görüşün formatı hələ razılaşdırılmayıb.