Putin cizgi filmi qəhrəmanı oldu FOTO

17.12.2025

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Prostokvaşino" cizgi filmi seriyasının yaradıcıları Rusiya Prezidenti Vladimir Putini cizgi filminin personajlarından birinə çeviriblər.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı serialdan kadrları əldə edən RBK yayıb.

Kadrlarda Putin cizgi filminin qəhrəmanları - "Matroskin", "Şarik", "Poçtalyon Peçkin" və digər personajlarla birlikdə küknar ağacı fonunda görünür.

Bildirilir ki, kadrların həqiqiliyi media bazarındakı mənbələr tərəfindən təsdiqlənib.

Qeyd edək ki, "Soyuzmultfilm" 2018-ci ildə Eduard Uspenskinin əsərləri əsasında çəkilmiş "Prostokvaşino"nu yenidən ekranlaşdırıb və serialın altı mövsümü təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью