“Putin danışıqlarda iştirak edərsə, Tramp da İstanbula gedəcək” ABŞ nin xüsusi elçisi

13.05.2025

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin də Türkiyəyə gələcəyi təqdirdə, mayın 15-nə planlaşdırılan Rusiya-Ukrayna danışıqlarına qatılmaq üçün İstanbula gedə bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq “Fox Business” telekanalına müsahibəsində bildirib.

“Ümid edirik ki, Prezident Putin orada olacaq. Elə olsa, Prezident Tramp da gələcək. Bu, heyrətamiz görüş olardı”, - o deyib./Report


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью