Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
“Rusiya Ukrayna böhranının həlli yollarının axtarışında ardıcıl dəstəyinə və humanitar məsələlərdə köməyinə görə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəhbərliyinə minnətdardır”.
APA-nın xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə bildirib.
Müşavirədə noyabrın 10-da Əbu-Dabidə keçirilməsi planlaşdırılan Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar da müzakirə olunub.
Putin danışıqlara ev sahibliyi etməyə hazır olduğuna görə BƏƏ rəhbərliyinə təşəkkür edib.
O qeyd edib ki, Əmirliklər Ukrayna böhranının həlli yollarının axtarışında Rusiyaya ardıcıl kömək edir, həmçinin əsirlərin və digər şəxslərin mübadiləsi ilə bağlı humanitar məsələlərə dəstək göstərir.