Putin dayanmaq istəmir Kremlin növbəti planı

06.11.2025

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya təhlükəsi Ukrayna ilə bitməyəcək və NATO uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır.

Modern.az xəbər verir ki, bunu NATO-nun Baş Katibi Mark Rütte Buxarestdə keçirilən NATO Sənaye Forumunda çıxışı zamanı bildirib.

Rüttenin proqnozuna görə, yaxın gələcəkdə Rusiya Avropada sabitliyi pozan qüvvə kimi təmsil oluna bilər.

O qeyd edib ki, Moskva Çin, Şimali Koreya, İran və digər ölkələrlə müdafiə sənayesi fonunda əməkdaşlıq edir.

Baş katibin sözlərinə görə, NATO-ya üzv ölkələr hərbi avadanlıqları daha böyük həcmdə istehsal etməlidirlər, çünki təhlükəsizlik bundan asılıdır.

Cavid Zahidoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью