Putin də diktatordur? sualına Trampdan maraqlı cavab

24.02.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini “diktator” adlandırmaqdan imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Fransa Prezidenti Emmanuel Makronla görüşü zamanı jurnalistlərdən biri ABŞ liderinə “Zelenski kimi Putini də diktator hesab edirsinizmi?” sualını ünvanlayıb.

“Mən bu cür sözləri düşünmədən dilə gətirmirəm”, – Tramp deyib.

Xatırladaq ki, ötən həftə Tramp Ukraynada seçkilərlə bağlı danışarkən Zelenskini “seçkisiz diktator” adlandırmışdı.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью