Putin dəstəklədi, Şoyquya yeni vəzifə verildi

23.10.2025

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin Sergey Şoyqunun yenidən Rusiya Coğrafiya Cəmiyyətinin prezidenti seçilməsini dəstəkləyib.

Publika.az xəbər verir ki, Kremlin "Telegram" kanalı Rusiya Prezidentin müvafiq açıqlamalarını yayıb.

Elmi Şura Şoyqunun yeni müddətə Rusiya Coğrafiya Cəmiyyətinin prezidenti vəzifəsinə namizədliyini irəli sürüb. Səsvermə yekdilliklə nəticələnib.

"Bu gün konqres nümayəndələri Rusiya Coğrafiya Cəmiyyətinin prezidentini seçəcəklər”, - Putin bildirib.

Prezident qeyd edib ki, Şoyqu Rusiya Coğrafiya Cəmiyyətinin dirçəlişinin təşəbbüskarlarından biri olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью