Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-a gedib. Modern.az xəbər verir ki, Reuters mənbələrinə istinadən Dmitriyevin ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitskoff və Cared Kuşnerlə danışıqlar aparacağı barədə məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının iclasları çərçivəsində keçiriləcək.
Reuters qeyd edir ki, danışıqlarda sentyabrın əvvəlində Stiv Uitskoff və Cared Kuşnerin Moskvaya səfəri zamanı müzakirə olunan məsələlər, o cümlədən Ukraynadakı münaqişənin nizamlanması gündəmə gətiriləcək.
Rusiya tərəfi görüş barədə əvvəlcədən açıqlama verməyib.
Kirill Dmitriyev sonuncu dəfə 2026-cı ilin yanvarında ABŞ nümayəndə heyəti ilə danışıqlarda iştirak edib. Görüşlər Mayamidə keçirilib. Həmin vaxt Rusiya, Ukrayna və ABŞ nümayəndələri Rusiya-Ukrayna münaqişəsinin dayandırılması ilə bağlı üçtərəfli danışıqlar aparıblar.