Putin Donbası nəyin bahasına olursa olsun işğal edəcəyini açıqlayıb

04.12.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"Rusiya istənilən halda Ukraynanın Donetsk və Luqansk vilayətlərini işğal edəcək". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

"Hər şey bundan qaynaqlanır. Ya biz bu əraziləri güc yolu ilə "azad edəcəyik", ya da Ukrayna qoşunları bu əraziləri tərk edib orada döyüşləri dayandıracaq", - Putin "India Today"ə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Moskva hələ genişmiqyaslı müharibə başlamazdan əvvəl Kiyevə qoşunlarını Donbassdan çıxarmağı təklif edib, lakin Ukrayna "döyüşməyə üstünlük verib".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью