Putin dünya liderlərinə zəng etdi: Trampla görüş...

08.08.2025

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Avqustun 8-də Rusiya Prezidenti Vladimir Putin Çin, Özbəkistan, Qazaxıstan, Belarus və Hindistan liderləri ilə bir sıra telefon danışıqları aparıb. Onlar beynəlxalq təhlükəsizlik, Ukrayna nizamlanması və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə vedomosti.ru yazıb.

Danışıqlar Putinin ABŞ Prezidenti Donald Trampla gözlənilən görüşünə hazırlıq fonunda keçirilib.

Məlumata görə, görüşün avqustun 11-də Romada keçirilməsi təklif olunub.

Lakin Rusiya tərəfi Avropa paytaxtlarını bitərəf hesab etmədiyi üçün görüş yeri kimi Romadan imtina edib. Putin özü Birləşmiş Ərəb Əmirliklərini görüş üçün daha münasib yer adlandırıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью