Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyada sadəcə hakimiyyət uğrunda mübarizə yox, ölkələr və xalqlar arasında münasibətlər prinsiplərinin toqquşması gedir.
Bunu Rusiya Prezidenti Vladimir Putin Valday disskusiya klubunun plenar iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, hazırda kardinal, inqilabi dəyişikliklər dövrüdür.
Rusiya prezidenti qeyd edib ki, növbəti 20 il bundan daha çətin olacaq.
Putin bəşəriyyətin aqressiv anarxiya uçurumuna düşməsi və ənənəvi dəyərlərin itirilməsi təhlükəsini gördüyünü söyləyib.
O deyib ki, Qərbin nüvə dövləti olan Rusiyanı strateji məğlubiyyətə uğratmaq çağırışları ifrat avantürizmi nümayiş etdirir.
"Qərb elitasının öz cəzasızlığına və müstəsnalığına kor-koranə inamı dünya faciəsinə çevrilə bilər.