Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin ölkənin hərbi məhsullarının çeşidini və tədarük coğrafiyasını genişləndirmək üçün möhkəm zəmin formalaşdırıldığını bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Hərbi-Texniki Əməkdaşlıq Komissiyasının iclasında çıxışı zamanı açıqlama verib.
Putinin sözlərinə görə, Rusiya özünü real döyüş şəraitində sınaqdan keçirilmiş qabaqcıl silah sistemlərinin etibarlı tərəfdaşı, inkişaf etdiricisi və istehsalçısı kimi mövqeyini daha da gücləndirib. O qeyd edib ki, 2025-ci ilə qədər Rusiya hərbi məhsulları 30-dan çox ölkəyə tədarük olunub.
Putin vurğulayıb ki, Qərb ölkələrinin Rusiyanın tərəfdaşlarına göstərdiyi təzyiqlərə baxmayaraq, ixrac müqavilələri ardıcıl şəkildə icra edilib. Nəticədə hərbi ixracdan əldə olunan xarici valyuta gəlirləri 15 milyard dolları keçib.
Tahir Turan
Globalinfo.az