Putin düyməyə basdı Bu ölkəyə müdaxilə ediləcək KONKRET

30.07.2025

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moldovanın prezidenti Maya Sandu Rusiyanın payızda ölkəsində keçiriləcək parlament seçkilərini pozmaq və saxtalaşdırmaq niyyətində olduğunu bildirib.

KONKRET.az bakupost-a istinadən xəbər verir ki, Sandu bu barədə bu gün Ali Təhlükəsizlik Şurasının iclasından sonra brifinqdə deyib.

İclasda seçki prosesinə informasiya manipulyasiyası və xarici müdaxiləyə qarşı tədbirlər müzakirə olunub.

“Rusiya Federasiyası payızdan etibarən Moldova Respublikasına nəzarət etmək istəyir və sentyabrda keçiriləcək seçkilərə misilsiz müdaxilə hazırlayır. Kreml bəzi siyasi strukturlara investisiya yatırır ki, öz adamlarını parlamentə keçirsin,” – deyə Sandu bəyan edib.

Onun sözlərinə görə, Rusiya bu məqsədlə 100 milyon avro ayıracaq. Sandu həmçinin Rusiyanın dezinformasiya kampaniyası hazırladığını deyib:

“Rusiya siyasi xadimlərə, Avropa liderlərinə və jurnalistlərə qarşı yönəlmiş genişmiqyaslı qaralama və dezinformasiya kampaniyası hazırlayır.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью