Putin düz etmir, biz oyun oynamırıq! Tramp əsəbiləşdi

27.10.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin “Burevestnik” raket sınağı ilə bağlı açıqlamasını yersiz adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə dövlət başçısı Ağ Evdə yayımlanan mətbuat konfransında danışıb.

“Yeri gəlmişkən, Putinin belə bəyanatlar verməsini düzgün hesab etmirəm”, – Amerika lideri bildirib.

Tramp qeyd edib ki, Rusiya ABŞ-la, ABŞ da Rusiya ilə oyun oynamır.

O, həmçinin anti-Rusiya sanksiyalarının tətbiq oluna biləcəyini istisna etməyib və tezliklə hamının bundan xəbər tutacağını bildirib.

Qeyd edək ki, oktyabrın 26-da Putin Rusiya Ordusunun ən yeni nüvə enerjili “Burevestnik” raketinin həlledici sınağını keçirdiyini elan edib.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью