Putin Əbu Dabidəki üçtərəfli danışıqlara Medinskini göndərir

03.11.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın Ukrayna və ABŞ ilə Əbu-Dabidə keçiriləcək danışıqlardakı nümayəndə heyətinə Vladimir Medinski rəhbərlik edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
O, üçtərəfli danışıqların noyabrın 10-11-də keçirilməsinin planlaşdırıldığını təsdiqləyib.
 

Peskovun sözlərinə görə, Rusiya nümayəndə heyətinin üzvlərinin yola düşməzdən əvvəl Vladimir Putinlə görüşməsi ilə bağlı hələlik konkret plan yoxdur.


Bununla belə, onların demək olar ki, hamısı cari məsələlərlə bağlı mütəmadi olaraq dövlət başçısına məruzə edir və ondan müvafiq göstərişlər alırlar.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью