Putin Əhməd əş Şəraaya söz verdi: Suriyanın gələcəyi üçün...

28.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin Suriya rəhbəri Əhməd əş-Şəraa ilə görüşü zamanı Moskva–Dəməşq münasibətlərinin bərpasında əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, Putinin sözlərinə görə, Rusiyanın tikinti sektoru Suriyanın yenidən qurulmasına yardım göstərməyə hazırdır.

O qeyd edib ki, Əhməd əş-Şəraanın ötən ilin oktyabrında Moskvaya səfərindən sonra ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb. Rusiya lideri vurğulayıb ki, İkinci Dünya müharibəsi dövründə Dəməşqin müstəqilliyi tanındıqdan sonra iki ölkə arasında münasibətlərdə heç vaxt qara səhifələr olmayıb.

Putin həmçinin Suriyanın ərazi bütövlüyünün bərpası istiqamətində prezidentin səylərinə dəstəyini təsdiqləyib.

Öz növbəsində Suriya Prezidenti Əhməd əş-Şəraa ölkəsində və ümumilikdə Yaxın Şərqdə sabitliyin təmin olunmasında Rusiyanın mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Dəməşqlə Moskva arasında birgə işlənməli çoxsaylı mövzular mövcuddur və Suriyanın sabitləşdirilməsinə verdiyi töhfəyə görə Vladimir Putinə təşəkkürünü ifadə edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью