Putin elan etdi: Yeni nəsil silahlar hazırlanır!

04.11.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Ölkədə yeni nəsil nüvə mühərrikli qanadlı raketlər üzərində iş aparılır və bu raketlər gələcəkdə hipersəs sürətinə çatacaq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Burevestnik” və “Poseydon” sistemlərinin yaradıcılarının təltifetmə mərasimində çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, “Burevestnik” raketində istifadə olunan yüksək güclü, kiçik ölçülü nüvə reaktorları saniyələr içində işə düşür, halbuki adi reaktorların aktivləşməsi üçün saatlar və bəzən sutkalar tələb olunur.

“Bu kimi enerji qurğuları əsasında artıq yeni nəsil silah növləri yaradılır. Bundan əlavə, nüvə mühərrikli növbəti nəsil qanadlı raketlərin hazırlanmasına başlanılıb. Onların sürəti səsin sürətini üç dəfədən çox üstələyəcək və gələcəkdə hipersəs sürətinə çatacaq”, - deyə dövlət başçısı bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью