Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bir çox Avropa lideri hələ də Rusiyanın təcavüzündən lazımi nəticə çıxarmayıb.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Xarici siyasət şurasının baş elmi əməkdaşı Stiven Blank bildirib.
"Putinin itkilərini qəbul edəcəyinə, mövcud vəziyyətlə barışacağına və Avropa, ABŞ və ya Ukrayna ilə ciddi danışıqlara başlayacağına inanmaq Qərb elitasının Putin və Rusiyanı nə qədər səthi anladığını göstərir", – o vurğulayıb.
Onun fikrincə, zəif hazırlıq səbəbindən belə danışıqlar uğursuz olacaq və Putin onların nəticəsində atəşkəsə razılaşmayacaq:
"Şekspirin faciə qəhrəmanlarından biri kimi, o, bu müharibədə o qədər irəli gedib ki, əliboş geri qayıda bilməz. Müharibə Rusiya siyasətinin “alfa” və “omeqa”sına çevrildiyi üçün Putin təxminən 1,8 milyon həlak olmuş, yaralanmış və itkin düşmüş rusiyalını nəzərə almadan birdən-birə atəşkəs elan edə bilməz".