Putin Əliyev Paşinyan görüşü: Moskvada yekun qərar veriləcək

11.04.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Prezidenti Volodimir Putin mayın 9-da Qızıl Meydanda keçiriləcək paraddan öncə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzet Rusiya hökumət dairələrindən əldə etdiyi məlumata əsasən yazır ki, tərəflər may ayından sonra sülh müqaviləsinin imzalanması barədə razılığa gələcəklər.

Nəşrin məlumatına görə, sənədin imzalanması üçün Qazaxıstanın Almatı şəhəri seçilib.

“Joxovurd” iddia ilə bağlı Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryandan şərh almağa çalışsa da, o, cavab verməkdən imtinan edib.

Qeyd edək ki, fazişm üzərində qələbənin 80 illiyui münasibətilə Moskvada keçiriləcək hərbi paradda bir çox MDB ölkələrinin rəhbərləri iştirak edəcəklər.

Ayşən Mustafa
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью