Putin, Əliyev və Tokayev nədən narahatdır? Kreml rəhbəri açıqladı

02.12.2024

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Vladimir Putin, İlham Əliyev və Kasım-Jomart Tokayev Xəzər dənizinin dayazlaşmasından narahatdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya lideri deyib.

Putin bildirib ki, Xəzərin dayazlaşması məsələsi tərəflər arasında müzakirə edilib.

“Azərbaycanda keçirilən görüşlərdə Prezident İlham Əliyev bu barədə danışırdı. İndi Qazaxıstanda Qasım-Jomart Tokayev  də bununla bağlı məsələ qaldırır. Xəzərin dayazlaşması hamını narahat edir. Bundan açıq və nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirməliyik. Amma ümumilikdə bu, böyük problemdir”, – deyə Putin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью