Putin: Ermənistanla KTMT arasında mövcud vəziyyətə ölkədəki daxili siyasi proseslər təsir edir AZƏRTAC

28.11.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Moskva, 28 noyabr, AZƏRTAC

Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasındakı mövcud vəziyyət Ermənistanın özündə daxili siyasi proseslərlə diktə olunur və Qarabağda böhranın nəticələrinə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin KTMT sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Hər bir ölkənin öz təhlükəsizliyinin təmin edilməsi sahəsində nə və necə etmək istədiyini seçmək hüququ var. Bu, çox həssas məsələdir”, - deyə o əlavə edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью