Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-ın “Lukoyl” və “Rosneft”ə sanksiyalar tətbiq edəcəyini gözləmirdim.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda keçirdiyi mətbuat konfransında deyib.
“Danışıqlar zamanı bizdə belə bir təəssürat yarandı ki, ABŞ-la razılığa gəldik. Biz Ankoric platformasında qaldıq və birdən ABŞ sanksiyalar elan etdi. Mən nə baş verdiyini belə başa düşmədim”, - Putin bildirib.