Axar.az saytına istinadən Icma.az xəbər verir.
Yaponiya Xarici İşlər Nazirliyi “Japan Tobacco İnternational” şirkətinin Rusiyadakı aktivlərinin “Promışlennıye Aktivı” şirkətinin müvəqqəti idarəçiliyinə verilməsi qərarı ilə əlaqədar Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevə etirazını bildirib.
Axar.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.
Məlumata görə, Yaponiya qəbul edilmiş qərarın ləğv edilməsini tələb edib. Tokio diplomatik kanallar vasitəsilə də Moskvaya etirazını çatdırıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin noyabrın 5-də imzaladığı fərmana əsasən, “Promışlennıye Aktivı” “Japan Tobacco International” şirkətinin Rusiyadakı dörd törəmə müəssisəsindəki paylarını idarəetməyə götürüb.