Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya lideri Vladimir Putin gözlənilmədən gecə saatlarında mətbuat konfransı keçirir.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, Putinin 2022-ci ilin 24 fevralından sonra ilk gecə müraciətidir.
O, mətbuat konfransına faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı danışaraq başlayıb.
Putin daha sonra Şimali Koreya hərbçilərinin Kursk vilayətində döyüşməsindən bəhs edib: "Şimali Koreya hərbçiləri Kursk bölgəsində yüksək peşəkarlıqla hərəkət edib, yaxşı təlim və hazırlıq nümayiş etdiriblər".
Prezident həmçinin Avropa ölkələri ilə münasibətlərin normallaşmasından da danışıb: "Zaman gələcək Rusiya və Avropa arasında münasibətlərin normallaşmasına ehtiyac yaranacaq.
Bu qaçılmazdır, çünki biz daima qonşu olaraq qalacağıq". Ağarza Elçinoğlu Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.