Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Noyabrın 30-da axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin Hava Hücumundan Müdafiə Qoşunlarının komanda məntəqəsinə səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskovun açıqlama verib. O bildirib ki, səfərin məqsədi cəbhədəki ən son operativ vəziyyətlə bağlı birbaşa məlumat almaq olub.
Peskov qeyd edib ki, Putin burada hərbi komandanlıqdan geniş məruzələri dinləyib, həm mövcud əməliyyatların gedişi, həm də yaxın perspektiv üçün planlaşdırılan addımlar barədə məlumatlandırılıb.
Onun sözlərinə görə, görüş zamanı dövlət başçısına xüsusilə iki istiqamət barədə hesabat verilib və bu yaşayış məntəqələrinin Rusiya qüvvələri tərəfindən azad edildiyi barədə məlumat çatdırılıb.
Tahir Turan
Globalinfo.az