Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin Silahlı qüvvələrin Baş qərargah rəisi Valeri Gerasimovdan Yeni il və Milad bayramına qədər cəbhədə uğurlar əldə etməsini tələb edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Kremldəki mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Baş Qərargah rəisinin bu yaxınlarda məruzəsi zamanı Vladimir Putin ona bu barədə deyib:
“Mənə artıq bir neçə dəfə deyilib ki, cəbhədə vəziyyət sizin məlumat verdiyiniz qədər yaxşı deyil. Mən buna inanmıram. Bununla belə, sizə tapşırıram ki, Yeni ilə qədər və ya ən geci Milad bayramına qədər xüsusi hərbi əməliyyatda ciddi uğurlar nümayiş etdirəsiniz. Bizə qələbələr və danışıqlar üçün yeni arqumentlər lazımdır”.
Gerasimov da uğurların olacağına və ordunun daha da irəli gedəcəyinə söz verib.