Putin gözlənilmədən mümkün varisindən danışdı “Həmişə bu barədə düşünürəm” KONKRET | Icma.…
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin nadir hallarda toxunduğu mövzulardan biri olan öz varisi məsələsinə dair yeni açıqlama verib.
Onun bu barədə danışması Kremlin gələcək planları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
KONKRET.az xəbər verir ki, Putindən “nə vaxtsa öz varisini müəyyənləşdirib-müəyyənləşdirmədiyi” barədə soruşulduqda, o cavab verib:“Mən həmişə bu barədə düşünürəm.
Nə vaxtsa bu məsələ aktuallaşacaq. Əlbəttə, müəyyən namizədlərə baxıram”.
Putin həmçinin “varisin kim olacağına xalq qərar verəcək” deyərək, özünü demokratik lider kimi təqdim etməyə çalışıb:“Axırda bu seçimi xalq edəcək, Rusiya xalqı.
Mən düşünürəm ki, bir nəfər yox, bir neçə namizəd olmalıdır ki, xalqın seçimi olsun”.
Bununla belə, müşahidəçilər Putin rejiminin real demokratik seçkilərlə heç bir əlaqəsinin olmadığını qeyd edir və onun bu cür açıqlamalarını görüntü yaratmaq cəhdi kimi dəyərləndirirlər.
Tam oxu
Xəbəri oxu