Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya kiçik hədəfləri hipersəs raketlə vurmağı mənasız hesab edir, bu, topla sərçələri vurmaq kimidir.
APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən KTMT sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Putin bir daha təsdiqləyib ki, Rusiya Kiyevdə qərar qəbuletmə mərkəzlərinə zərbələr endirmək üçün "Oreşnik"dən istifadə edə bilər.
Rusiya lideri bildirib ki,"Oreşnik"dən istifadənin sınaq aspekti bu silahı təkmilləşdirməyə yönəlib.
Onun sözlərinə görə, "Oreşnik"in sınaqları “məsafə ilə döyüş hissəsi arasında oynamaq” cəhdləri ilə bağlıdır.
Putin qeyd edib ki, Ukraynada atılan “Oreşnik” raketində güclü dağıdıcı elementlər olub.
O, “Oreşnik” zərbəsini meteoritin düşməsi ilə müqayisə edib.