Putin heç vaxt Ukraynanı ələ keçirə bilməyəcək Duda

24.02.2025

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Bunu Kiyevdə Avropa liderlərinin iştirakı ilə keçirilən “Ukraynaya dəstək” plenar iclasına ilə qoşulan Polşa prezidenti Anjey Duda deyib.
Polşa Aİ-nin Kiyevə verdiyi 91 milyon avroluq yardımı oğurlayıb "Putin Ukraynanı üç günə ələ keçirmək istəyirdi, amma üç il ərzində belə bacarmadı. O, bunu heç vaxt bacarmayacaq", - Polşa prezidenti vurğulayıb.
Siyasətçi qeyd edib ki, bütün Avropa sülh istəyir, lakin bu, ədalətli, uzunmüddətli və təhlükəsizlik təminatlarına əsaslanmalıdır.
Polşa lideri ölkəsinin bundan sonra da Kiyevə kömək edəcəyinə və düşmənlə mübarizədə demokratik, müstəqil Ukraynanı tək qoymayacağına söz verib. Onun sözlərinə görə, Polşa “rus imperializminin ruhunu” hiss edən ölkələr sırasındadır.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью