Putin: Hələb 350 döyüşçünün gücü ilə ələ keçirilib | Icma.az
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Hələb 350 döyüşçünün gücü ilə ələ keçirilib, 30 min hökumət qoşunu və iranpərəst bölmələr isə döyüşsüz geri çəkiliblər".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
"Müxalif silahlı qruplaşmalar Hələbə yaxınlaşdıqda oranı təxminən 30 min nəfər müdafiə edirdi, şəhərə 350 silahlı daxil oldu.
Hökumət qoşunları və onlarla birlikdə iranpərəst adlandırılan bölmələr döyüşsüz geri çəkildilər, öz mövqelərini partlatdılar və getdilər", - deyə o bildirib.
Putin qeyd edib ki, nadir hallar istisna olmaqla, eyni vəziyyət bütün Suriya ərazisində müşahidə olunub.
Onun sözlərinə görə, Rusiyanın Suriyada quru qoşunları olmayıb, təkcə hərbi-hava və hərbi-dəniz bazaları olub.
"Biz bir vaxtlar Ukraynada xüsusi əməliyyata görə hətta oradan da çıxdıq", - deyə prezident vurğulayıb.
Tam oxu
Xəbəri oxu