Putin həmişə sözünü tutur Orban

03.02.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Macarıstanın baş naziri Viktor Orban Rusiya lideri Vladimir Putinlə kifayət qədər razılaşmalar əldə etdiyini və həmişə sözünün üstündə durduğunu bildirib.

"Unikal" xəbər verir ki, onun sözlərini "Neue Zürcher Zeitung" nəşri sitat gətirib. 

Jurnalistin Putinə güvənib-güvənmədiyi sualına Orban "Budapeşt Rusiyaya etibar edə bilər", - deyə cavab verib. 

Onun sözlərinə görə, Moskva ilə yaxşı münasibətlər və sıx iqtisadi əməkdaşlıq Macarıstanın geosiyasi maraqlarına cavab verir:

"Biz çoxlu müqavilələr bağlamışıq. Putin həmişə verdiyi sözə əməl edib. Son on beş ilin təcrübəsi göstərir ki, Macarıstan Rusiyaya etibar edə bilər", - Orban deyib.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью