Putin: Hər bir xalq inkişaf yolunu özü seçməlidir

14.09.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, hər bir xalq öz inkişaf yolunu müstəqil şəkildə müəyyən etmək hüququna malik olmalıdır, dərman vasitələrinə, ərzağa, suya, enerjiyə və müasir texnologiyalara çıxış isə hər kəs üçün bərabər olmalıdır.
Bizim.Media xəbər verir ki, TASS agentliyinin məlumatına görə, Rusiya dövlət başçısı bu barədə Beynəlxalq Gənclər Festivalının (BGF) açılış mərasiminin iştirakçılarına ünvanladığı video-müraciətində bildirib.
 

"Biz əminik ki, hər bir xalq öz inkişaf yolunu sərbəst seçməkdə, dərmanlara, ərzağa, suya, enerjiyə bərabər çıxış əldə etməkdə, təhsil almaq, bütün bəşəriyyətin sərvəti olmalı olan ən yeni texnologiyalardan istifadə etmək imkanına malik olmalıdır", – deyə Putin qeyd edib.


Onun sözlərinə görə, məhz belə prinsiplərə çalışmaq və onlar uğrunda mübarizə aparmaq lazımdır. Prezident festival iştirakçılarını bu məqsədləri bölüşməyə və dünyanı birlikdə dəyişdirmək üçün birgə çalışımağa çağırıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью