Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Putin xüsusi hərbi əməliyyatın belə bir müharibə ilə nəticələnəcəyini düşünmürdü.
Bu, onun gözləmədiyi genişmiqyaslı müharibə ilə nəticələndi”.
AzPost bildirir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufalla müsahibəsində deyib.
Onun sözlərinə görə, seçim həmişə var: “Putinin bəlkə də əməliyyata başlamamaq üçün seçimi var idi.
Məsələ NATO-nun şərqə doğru genişlənməsi deyil, Ukraynada yaranan təhlükələrdir.
NATO-nun genişlənməsinə cavab olaraq o, Belarusa deyil, siz dediyiniz kimi, Ukraynaya hücum etdi. Niyə?
Çünki o, Rusiyadan gələn təhdidləri oradan görürdü və oradan bu təhdidlər açıq şəkildə ona ünvanlanırdı”.