Putin Hindistana gedəcək

18.01.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Hindistan rəhbə.rliyi Rusiya prezidenti Vladimir Putinin 2025-ci ildə Dehlidə keçiriləcək illik Rusiya-Hindistan sammitində iştirak edəcəyini gözləyirlər, lakin səfərin tarixi hələ məlum deyil.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval bildirib.

"Putinin səfərinə gəlincə, bəli, gözlənilir. Ənənəyə uyğun olaraq, bu il biz illik sammiti Hindistanda keçirməliyik", - Caisval brifinqdə deyib.
Onun sözlərinə görə, sammitin tarixi və müvafiq olaraq Putinin səfəri Hindistan və Rusiya hakimiyyət orqanları tərəfindən “diplomatik kanallar vasitəsilə” müzakirə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью