Putin Hindistana səfər edəcək

02.12.2024

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

“Rusiya prezidenti Vladimir Putin Hindistana səfər edəcək”.

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, səfər Hindistanın baş naziri Narendra Modinin dəvəti ilə baş tutacaq.

"Biz cənab Modinin dəvətini almışıq və bunu mütləq müsbət qiymətləndirəcəyik", - deyə siyasətçi vurğulayıb.

Uşakov bildirib ki, səfərin tarixi 2025-ci ilin əvvəlində müəyyən edilərək elan ediləcək.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью