Putin Hindistanda: Sizə fasiləsiz enerji ötürməyə hazırıq | Icma.az
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin dünən axşam səfər etdiyi Hindistanda bu gün bir sıra sənədlər imzalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Hindistanın Baş naziri Narendra Modi ilə Yeni Dehlidə görüşlərindən sonra bu barədə mətbuat konfransında açıqlama erib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, 2030-cu ilə qədər iqtisadi əməkdaşlığı gücləndirmək üçün Hindistanla anlaşma memorandumu imzalanıb: "Biz Hindistanın sürətlə böyüyən iqtisadiyyatı üçün fasiləsiz enerji ötürməyə hazırıq.
Bunu da edəcəyik. Rusiya etibarlı enerji təchizatçısıdır və Hindistanın enerji inkişafını dəstəkləmək üçün lazım olan hər şeyə malikdir...".
Putin Modi ilə danışıqların faydalı və konstruktiv keçidiyini deyib və ona "səmimi təkbətək söhbət" üçün təşəkkür edib: "Rusiya ilə Hindistan arasında ticarət həcmini keçən il 12 faiz artaraq 65 milyard dollara çatdırdıq.
Biz hörmətli Modi ilə görüşdə qərarlaşdırdıq ki, bu rəqəmi ildə 100 milyard dollara yüksəldək.
Hindistan Rusiya üçün vacib ticarət tərəfdaşı, dost ölkədir.
Tam oxu
Xəbəri oxu