Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə görüşmək niyyətindədir.
Newscenter-az TASS-a istinadən bildirir ki, bunu Kreml rəhbəri Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə söhbəti zamanı deyib.
Kremldə Hindistanın xarici işlər nazirini qəbul edərkən Putin deyib ki, Hindistanın Baş naziri Narendra Modi ilə tez bir zamanda görüşəcəyinə ümid edir.
"Söhbətimizin əvvəlində cənab Modiyə ən xoş arzularımı çatdırmağınızı xahiş etmək istərdim. Ümid edirəm ki, planlaşdırdığımız kimi, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində tezliklə onunla görüşəcəyəm. Cədvəlimiz elədir ki, bu il yenidən görüşə biləcəyik", - deyə Rusiya lideri qeyd edib.
Anar