Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Modern.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Onlar dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğramasını telefonla müzakirə ediblər.
Putin Azərbaycan təyyarəsi ilə bağlı insidentin Rusiyanın hava məkanında baş verməsinə görə İlham Əliyevdən üzr istəyib.