Putin İlham Əliyevi Rusiyaya dəvət etdi KONKRET

09.10.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyindən (MDB) olan həmkarlarını dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək ənənəvi Yeni il öncəsi qeyri-rəsmi sammitə dəvət edib.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, Rusiya lideri qeyri-rəsmi sammitdə bir sıra məsələlərin müzakirəsi üçün imkanın yaranacağını deyib.

“Əlbəttə, yaxşı ənənəyə sadiq qalaraq, əziz dostlar, hamınızı dekabrın 21-də ənənəvi qeyri-rəsmi, dostluq görüşü üçün toplaşdığımız Sankt-Peterburqa dəvət etmək istəyirəm”, – Putin MDB liderlərinin Türkmənistanda keçirilən qapalı görüşündə bildirib.

Rusiya Prezidenti Yeni il öncəsi görüşün gündəliyinə də toxunub: “Bütün cari və gələcək məsələləri müzakirə edə bilərik”.

Xatırladaq ki, MDB liderlərinin Türkmənistanda keçirilən görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью