Putin İlon Mask haqda danışdı: Nadir insandır!

18.04.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin amerikalı sahibkar İlon Maskı sovet mühəndisi Sergey Korolevlə müqayisə edib.

Axar.az TASS-a istinadən xəbər verir ki, ölkə başçısı belə insanlara dünyada çox az rast gəlindiyini vurğulayıb.

“Bunlar müəyyən bir fikrə aludə olan insanlardır. Belə xarakterə sahib adamlara nadir hallarda rast gəlinir", - o bildirib.

Rusiya lideri Sergey Korolevin (onun rəhbərliyi altında yaradılan raketlərlə insanın ilk dəfə kosmosa uçuşu həyata keçirilib) inanılmaz görünən ideyalarının müəyyən müddətdən sonra reallaşdığını da xatırladıb:

“Marsa uçuş çox çətin məsələdir. Bu gün belə görünür. Bunu həyata keçirmək çox çətindir. Əgər maraqlanırsınızsa, yəqin ki, bundan xəbəriniz var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью