Putin İnsan Hüquqları Şurası ilə illik toplantı keçirəcək

10.12.2024

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dekabrın 10-da Rusiya Prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurası (İHK) ilə ənənəvi dekabr iclasını keçirəcək.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, iclasda Putinin hüquq müdafiəçiləri ilə insan hüquqlarının, humanitar fəaliyyətin və vətəndaşların hüquqlarının təmin edilməsinin aktual problemləri ilə bağlı fikir mübadiləsi aparacağı gözlənilir.

İclasa Şuranın cari ildəki işinin nəticələrinə, o cümlədən əvvəlki iclaslarda verilən tapşırıqların icrası çərçivəsində yekun vurulacaq.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью