Putin: İnsanların ölümünə görə özümüzü günahkar hesab etmirik

19.12.2025

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Rusiya prezidenti Vladimir Putin canlı yayım zamanı ABŞ-nin prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədi daşıyan sülh planı ilə bağlı sualı cavablandırıb.

Ölkə.az xəbər verir ki, "NBC News" kanalının müxbiri Keir Brennan-Simmons Putinə müraciətlə bildirib ki, “Əgər Trampın sülh planını rədd etsəniz, 2026-cı ildə rusların və ukraynalıların ölümünə görə özünüzü məsul sayacaqsınızmı?”

Putin cavabında vurğulayıb ki, Rusiya müharibəni başladan tərəf olmadığını düşünür və buna görə də insan tələfatına görə məsuliyyət daşımır. Onun sözlərinə görə, müharibə Ukraynada konstitusiyaya zidd silahlı çevrilişdən sonra başlayıb.

Rusiya prezidenti Trampın sülh təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib və Alyaska sammiti zamanı onun təklifləri ilə “praktiki olaraq razılaşdıqlarını” qeyd edib. Bununla belə, Putin bu prosesin çətin qərarlar tələb etdiyini də əlavə edib.

O, Rusiyanın danışıqlara açıq olduğunu və müharibənin sülh yolu ilə başa çatdırılmasına hazır olduğunu bir daha təkrarlayıb.

“Top, belə demək mümkünsə, tamamilə rəqiblərimizin meydanındadır ilk növbədə Kiyev rejiminin rəhbərliyinin və onların əsasən Avropadakı sponsorlarının,” – deyə Vladimir Putin bildirib.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью