Putin: İqtisadiyyatımızı təcrid etmək cəhdləri uğursuz olub

18.11.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Rusiyanı sanksiyalarla təcrid etmək cəhdləri uğursuz olub və ölkə bu çətinliklərin öhdəsindən gəlib.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin noyabrın 18-də Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində biznes forumu zamanı bildirib.

Onun sözlərinə görə, əvvəlki iqtisadi təzyiq alətləri artıq işləmir:

"Sanksiyalar və tariflər hələ də müəyyən təsir göstərsə də, rəqib ölkələrin iqtisadiyyatını məhv edə bilmir. Əlavə dəyər zəncirlərində süni maneələrin yaradılması isə ilk növbədə, məhdudiyyətləri tətbiq edənlərin özünə zərbə vurur. Xüsusilə Avropa Birliyi artan inflyasiya, büdcə kəsirləri və sənaye potensialının itirilməsi ilə üzləşir". 

Putin qeyd edib ki, xarici təzyiq Rusiya üçün böyük bir stimula çevrilib. Təzyiqlər texnoloji suverenliyi gücləndirməyə, əmək məhsuldarlığını artırmağa, istehsal güclərini modernləşdirməyə, aparıcı məhsulların istehsalını mənimsəməyə və daxili bazarı yüksək keyfiyyətli yerli məhsullarla doyurmağa sövq edib.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью