Putin İradə Zeynalovaya rütbə verdi

01.11.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Mavrikidəki səfiri, Azərbaycan əsilli İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Müvafiq fərman Rusiyanın rəsmi hüquq-informasiya portalında dərc edilib.

Qeyd edək ki, İradə Zeynalova Rusiyanın tanınmış telejurnalistidir. O, uzun illər Rusiyanın müxtəlif televiziya kanallarında xüsusi müxbir və proqram müəllifi və aparıcısı kimi çalışıb. 2024-cü ilin sentyabrında Rusiyanın Mavrikidəki səfiri təyin olunub

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью