Putin İran və Nepal Prezidentləri ilə görüşəcək

01.09.2025

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Tyanjində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində İran Prezidenti Məsud Pezeşkian və Nepal Prezidenti Ram Çandra Paudellə görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Pezeşkian və Nepal prezidenti ilə də görüş olacaq”,- deyə Peskov qeyd edib.

Bundan əvvəl Putin Hindistanın Baş naziri Narendra Modi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb. Peskovun sözlərinə görə, bu görüşlər mühüm xarakter daşıyıb və liderlərin müzakirə edəcəkləri kifayət qədər mövzuları olub.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью