Putin İrana səfər edəcək

05.06.2025

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

“İran Rusiya Prezidenti Vladimir Putinin yaxın vaxtlarda Tehrana səfərini gözləyir”. 

Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

"İki ölkə arasında münasibətlər hazırda strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Biz Vladimir Putinin tezliklə Tehrana səfərini gözləyirik", - səfirliyin mətbuat xidməti onun sözlərini sitat gətirib.


Qeyd edək ki, mayın 14-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran və Moskva Rusiya prezidenti Vladimir Putinin İrana gözlənilən səfərinə hazırlaşır. Bununla belə, Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, səfərin tarixləri hələlik razılaşdırılmayıb.

Fidan Hacızadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью