Putin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini qəbul edib

31.01.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini qəbul edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiyaya səfəri çərçivəsində Laricani ilə görüş Kremldə baş tutub.
Kremlin mətbuat xidməti Putin-Laricani görüşünün təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, yanvarın 30-da Rusiya KİV-i İran İslam Respublikasının dövlət rəsmisinə məxsus təyyarənin Moskvanın Vnukovo hava limanına endiyi haqqında məlumat yaymışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью