Putin İranla strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib

21.04.2025

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu barədə "RIA Novosti" məlumat yayıb. Bildirilib ki, müqavilə 2025-ci il yanvarın 17-də İran Prezidenti Məsud Pezeşkiyanın Moskvaya səfəri çərçivəsində imzalanıb.
Məlumata görə, bu sənəd hələ 2001-ci ildə imzalanmış Rusiya-İran münasibətlərinin əsasları və əməkdaşlıq prinsipləri haqqında müqaviləni əvəzləmək məqsədi daşıyır. Kremlin bəyanatında vurğulanır ki, sənəd ikitərəfli münasibətlərin yeni səviyyəyə qalxmasının bariz nümunəsidir.
Yeni müqavilə üzərində iş 2022-ci ildən aparılırdı. Tərəflər keçən ilin iyununda onun mətni üzərində razılığa gəliblər.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью