Putin İstanbulda əldə olunan razılaşmalar barədə Roma Papasını məlumatlandırıb

07.06.2025

Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin İstanbulda Ukrayna ilə əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsinə dair əldə olunan razılaşmalar barədə Roma Papası XIV Leoya məlumat verib.

Bu barədə Kreml məlumat yayıb.

“Rusiya prezidenti hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsinə dair ikinci raundda əldə olunmuş konkret razılaşmalar barədə məlumat verib. Vurğulanıb ki, Rusiya tərəfi uşaqların öz qohumlarına qovuşması üçün bütün mümkün tədbirləri görür”, – məlumatda deyilir.

İyunun 4-də Putin yeni Papa XIV Leo ilə ilk telefon danışığını keçirib.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью