Putin Kadırovla bağlı tapşırıq verdi

19.01.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kreml Çeçensitan lideri Ramzan Kadırov varisinin axtarışına başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları yazıb.

Prezident Administrasiyasındakı mənbənin məlumatına görə, Vladimir Putin şəxsən bu barədə əmr verib.

"Vladimir Vladimiroviç Ramzan Axmatoviçin səhhəti və Çeçenistandakı vəziyyət barədə tam məlumata malikdir. Hazırda orada ciddi və ya təcili reaksiya tələb edən heç bir şey baş vermir, lakin gözlənilməz problemlər yarana bilər. Buna görə də Vladimir Vladimiroviç respublika rəhbəri vəzifəsinə üç-beş namizədin seçilməsini əmr edib. Hər ehtimala qarşı. Biz bunun üzərində işləyirik", - deyə mənbə bildirib.

O, artıq iki namizədin müəyyən edildiyini deyib, lakin onların adlarını açıqlamaqdan imtina edib.

Mənbə, həmçinin əmin edib ki, Kadırovun varisinin axtarışı Ramzan Axmatoviçin oğlu Adamla bağlı hadisələrlə heç bir şəkildə əlaqəli deyil. Proses bir aydan çox əvvəl başlayıb.

Xəzər
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью